SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türk tankları və türk hərbi təyyarələrinin koalisiya qüvvələri ilə birlikdə hərəkətə keçib və Cerablusda əməliyyatlar həyata keçirib.
 
BAKU.WS-in məlumatına görə, bütün dünyanın diqqətlə izlədiyi əməliyyata aid görüntülər sosial şəbəkələrdə sürətlə yayılır. 

Sosial mediada çox paylaşılan o görüntülərdən biri də müxalif bir türkmənin divara yazdığı yazı ilə çəkdirdiyi şəkil olub. 
 
Bozqurt işarəsi göstərərək şəkil çəkdirən müxalif türkmənin "Türkiyəm gəlmiş, İŞİD qaçmışdır. Allah türk əsgərini qorusun" yazısı qarşısında əlində silah verdiyi poz ən çox paylaşılan fotolar arasına düşüb. Sözügedən şəkil paylaşım rekordu qırıb.
 
Şahin Həbibov
BAKU.WS