SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamov barəsindəki məhkəmə qərarından narazıdır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məhkum Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayət ərizəsində qüvvədə olan qərarın dəyişdirilərək daha yüngül cəza ilə əvəz olunması xahiş olunub.
Şikayət ərizəsi Ali Məhkəməyə təqdim edilib.

Xatırladaq ki, Elnur Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunub.

İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova tanınıb. O, məhkəmədə 51621 manat təşkil edən dəymiş ziyanın ödənilməsini tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamov 9 il azadlıqdan məhrum olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 8 ilə endirib.

Qeyd edək ki, Elnur Mövlamov Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.

BAKU.WS