Parkın mühafizə rejimini pozan şəxs saxlanılıb

10
avq
2022
11:17
Mühafizə rejimini pozan şəxs cəzalandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd kənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Qanunsuz ov edən 4 nəfər cəzalandırıldı
Qanunsuz ov edən şəxslər cəzalandırılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin ə...
