Mobil operatorun qülləsinə çıxaraq özünü atmaq istədi

Mobil operatorun qülləsinə çıxaraq özünü atmaq istədi
Hadisə 105

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər