SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla bağlı yeni məlumatlar üzə çıxıb.

BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd sakinidir. İki bacının 1 qardaşı olan Pünhan ötən il hərbi xidmətə yola salınmışdı.

Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək.

*** 11:07

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

BAKU.WS Unikal-a istinadla xəbər verir ki, həlak olan əsgər Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var imiş. Yanvarda tərxis olmalı idi.

Qeyd edək ki, istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKU.WS