VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbul Universitetinin 62 müəllimi tutulub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həbs olunanlar arasında professorlar da var.

Məlumata görə, tutulan müəllimlər FETÖ ilə əlaqədə şübhəli bilinirlər.
 
Qeyd edək ki, iyulun 20-də İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən uzaqlaşdırılıb. Ötən ayın 25-də isə İstanbul Prokurorluğunun qərarı ilə bu ali təhsil ocağının 31 müəllimi həbs edilib.
 
BAKU.WS