SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.

Bıçaqlanan 2000-ci il təvəllüdlü İlkin Həsənov xəstəxanaya yerləşdirilib.

21 yaşlı gənc dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS