Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyyə edilib

29
iyn
2022
16:21
Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildir...