Bakının mərkəzində baş vermiş güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakının mərkəzində baş vermiş güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 2961

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə FHN xəbər yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub.

İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər