Bir yaşlı oğlunun ölümünə dözməyib intihar etdi

Quba rayon sakini intihar edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə iyunun 22-də, saat 16 radələrində rayonun İkinci Nügədi kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü İman Abıyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub.
İlkin araşdırmalar zamanı məlum olub ki, İman Abıyevin bir yaşlı övladı keçən il vəfat edib. Belə ki, qanında mikrob aşkarlanan uşağın müalicəsi üçün İ.Abıyev çoxsaylı şəxslərə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra İman ağır psixoloji sarsıntı keçirib, evdə dəfələrlə dava-dalaş salıb və spirtli içkilərə meyl edib.
İyunun 22-də spirtli içkinin təsirində olan 33 yaşlı şəxs özünü asaraq intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
