SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.

Məlumata əsasən, bu günə qədər 58 ölkədə 3 417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb.

"Qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək", - deyə məlumatda qeyd edilib.

Qabaqcadan tədbirlər görülsə, ən az səylə epidemiyaya nəzarət etmək və nəticələrin daha da pisləşməsinin qarşısını almaq mümkün olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiyanın təyin edilməsinə qərar vermək üçün 23 iyun iclasından əvvəl WHN meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

BAKU.WS