SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə qadın əri tərəfindən qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:

"Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Aynurə Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib".

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***16:42

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq öldürülüb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Aynur Vəliyeva boğaz nahiyəsindən bir bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

A.Vəliyevanın keçmiş həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS