SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda 1986-cı il təvəllüdlü Faiq onunla birlikdə yaşadığı sevgilisi Fəridəni (adlar şərti verilib – red.) döyüb.

BAKU.WS Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə bu il fevralın 21-də baş verib.

Həmin gün saat 00.15-də Faiq Fəridə ilə mübahisə edib. Mübahisəyə səbəb Faiqin aldığı əmək haqqının bir hissəsini birinci nikahından olan övladına verməsi olub.

Faiq Fəridəni döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Fəridə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müracəti əsasında araşdırma başlanıb və Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş hakim Akif Hüseynovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş barışıblar. Zərərçəkmiş məhkəməyə rəsmi qaydada təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını qeyd edib.

Bu səbəbdən hakim hökm çıxaran zaman onların barışmasını nəzərə alıb.

Faiqin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

BAKU.WS