SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərətəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Fövqəladə Hallat Nazirliyinin qüvvələri tərəfindən 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 4 nəfər xilas edilib.

Bununla bağlı Nazirlikdən məlumat verilib.

***11:28

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

***11:16

Bakıda çoxmərətəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlər təxliyyə edilib.

Hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər ki, əraziyə cəlb edilən xilasedicilər və polis əməkdaşları yanğın zamanı xəsarət alan bir vətəndaşı ərazidən çıxarıb.

Həmin görüntüləri təqdim edir:

***10:13

Bakıda çoxmərətəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO