SİZİN REKLAM BURADA!
055 213 76 73


Daşkəsəndə günorta saatlarında yağan güclü leysan yağışdan sonra Xoşbulaq kəndinə sel gəlib.

BAKU.WS xəbər verir ki, Kənd icra nümayəndəsi Kazım Kamalov Report-a bildirib ki, sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Onun sözlərinə görə, təbii fəlakət evlərə və təsərrüfata, həmçinin selin keçdiyi əraziyə yaxın idman kompleksinə də zərər vurmayıb.

Qeyd edək ki, bu gün Daşkəsən, Göygöl, Gədəbəy və Kəlbəcər rayonuna güclü yağış yağıb, dolu düşüb. Bəzi kəndlərdə dolu kənd təsərrüfatına və meyvə ağaclarına zərər vurub.

BAKU.WS
QALEREYA