SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda Azərbaycana qaçaqmal yolu ilə qızıl keçirən şəxs yaxalanıb.
 
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, "Samur" gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS