VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyada təşkil edilən beynəlxalq hərbi oyunlar çərçivəsində Xəzər dənizində "Dəniz kuboku-2016” yarışlarının ilk iki mərhələsi arxada qalıb.

Virtualaz.org Rusiyanı Cənub hərbi dairəsinin komandanlığının yaydığı məlumata istinadən xəbər verir ki, yarışların ilk iki mərhələsinin yekunlarına əsasən Rusiyanın Xəzər donanmasının "Uqliç” kiçik raket gəmisi birincidir.

Rusiya gəmisinin ekipajı "Üzən minaya atəş” epizodu üzrə Azərbaycan və Qazaxıstan donanmalarının gəmilərinin heyətini qabaqlayıb. Şərtə görə gəmi poliqona daxil olmalı və sürəti saatda 12.9 dəniz milindən çox artırmayaraq ən azı 50 metr məsafədə üzən minanı ən çoxu 16 patronla məhv etməliydi.

Yarışlar zamanı "Uqliç” kəmisinin baş komandoru, 2-ci dərəcəli starşina Ramis Zaqirov üzən minanı 800 metr məsafədən ikinci atəşdə məhv edib. Bu zaman gəmi saatda 12.9 dəniz mili sürətlə hərəkətdə olub. Yarışların nəticəsinə görə Rusiya komandasının hazırda 132 balı var. İkinci yerdə Azərbaycan, üçüncü yerdə Qazaxıstan komandası gəlir. Onların topladıqları ballar Rusiya komandasının balından cüzi aşağıdır. Yarışlar davam edir.