VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

  

Türkiyənin tanınmış aktrisalarından Beren Saat millətçiləri qəzəbləndirib.


BAKU.WS məlumat verir ki, Türkiyənin bir çox yerində təşkil edilən terrora etiraz aksiyalarından ən maraqlısı, ötən axşam Sarıyerdə olub. Bir qrup fəal HDP-yə səs verdiyi iddia olunan Beren Saata etiraz etmək üçün ağılasığmaz bir addım atıblar.


Aktrisaya qəzəblənən millətçi gənclər, "Aşk-ı Memnu” serialının çəkildiyi villanın qarşısına yığışaraq, etiraz ediblər. "Beren Saata inad terrora yox "deyə şüarlar səsləndiriblər.

 

Aksiyadan xəbər tutan aktrisanın həyat yoldaşı, tanınmış müğənni Kenan Doğulunun bu hadisədən narahat olduğu bildirilir. Günlərdir yoldaşına və özünə qarşı sosial şəbəkələrdə yazılan sərt şərhləri oxuyan Doğulu, son hadisədən sonra təhlükəsizlik tədbirləri görməyə başlayıb.

 

Məşhur popçu, Beren Saatı hər yerdə addım-addım təqib edəcək bir yaxın mühafizəçi tutmaq qərarına gəlib.


Twitter və Instagram hesablarında Beren Saatı təhdid edən şəxslərlə bağlı aidiyyatı qurumlara şikayət edəcəyini bildirən sənətçi, bu məsələ ilə bağlı tədbir görülməsi üçün artıq müraciətin hazırlandığını deyib.

 
Ayşən Ayxan 
BAKU.WS