SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.

"Qafqazinfo"ya hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

Hazırda FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir.
 
BAKU.WS