Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi, ölən var

Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. BAKU.WS bildirir ki, KTM-dən verilən məlumata görə, onlar ara...
