Şəki sakininin intiharı ilə bağlı cinayət işi başlanılıb

Mayın 8-i saat 22 radələində rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.
17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...
