Kürdə su sərfi ölçülüb - VİDEO

Kür çayında Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən su ölçmə işləri həyata keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, mayın 13-də Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin Kür-Yevlax məntəqəsində apardığı ölçmələr zamanı su sərfi saniyədə 164 kubmetr olub.
Milli Hidrometeorologiya Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Varvara məntəqəsində aparılan birgə ölçmə işləri zamanı saniyədə 160 kubmetr su sərfi müəyyənləşdirilib.
Oxşar xəbərlər
Kür çayında batan yeniyetmələrin axtarışları davam edir - YENİLƏNİB - FOTO
Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində batan rayonunun Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci...
