15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hadisə 248

Aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilmişdir.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər