Braziliyada 15 yaşlı qız məktəbə silahla hücum etdi - 1 ÖLÜ, 3 YARALI - VİDEO

Braziliyada 15 yaşlı qız məktəbə silahla hücum etdi -  1 ÖLÜ, 3 YARALI - VİDEO
Video
Hadisə 6

Braziliyada məktəblərdən birinə silahlı hücum edilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Sao Paulo şəhərində Sapopemba dövlət məktəbində 15 yaşlı məktəbli təhsil aldığı müəssisəyə silahlı hücum təşkil edib.

Hücum zamanı bir şagird həyatını itirib, üçü isə xəsarət alıb.

Yaşanan hadisədən sonra 15 yaşlı yeniyetmə polislər tərəfindən tutularaq həbs edilib.

O ifadəsi zamanı məktəbə hücumu şagirdləri sevmədiyi üçün etdiyini deyib.

Son xəbərlər