15 yaşlı oğlan bıçaqlandı: Anası özünü binadan atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endirib.
Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...