15 yaşlı məktəblini öldürən qonşusu imiş... - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.
Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bildirilir ki, qətli törədən şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.
Qalereya
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...