15 yaşlı azərbaycanlı qızı qaçıran gənc və üç qadın saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan 4 nəfər saxlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil olmaq məqsədi ilə azadlıqdan məhrum ediblər.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin yeniyetmənin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi maddəsi üzrə davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Oxşar xəbərlər
5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Azərbaycanda BİABIRÇILIQ
Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şər...