Göyçayda ev, inək və toyuq-cücə yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, ötən gecə saat 3:00 radələrində rayonun Ləkçiplaq kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Sənan Murad oğluna məxsus ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev və içəridəki əşyalar tamamilə yanıb. Yanğın nəticəsində evin birinci mərtəbəsində olan bir baş iribuynuzlu heyvan və xeyli sayda ev quşu yanaraq tələf olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alaraq söndürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Ərlə arvadın yanmış meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva E...