Bakıda uşaq bağçasında intihar hadisəsi baş verib.

"Report” un məlumatına, Nizami rayonunun R.Rüstəmov küçəsi ev 8 ünvanında yerləşən uşaq baxçasında Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Faiq Zeynalov özünü asaraq intihar edib.

Qeyd edək ki, bu uşaq bağçası uzun müddətdir istifadə olunmur.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS