SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda bu il keçirilən çərşənbə mərasimlərində baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, yüzlərlə adam yaralanıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, yaralılardan 44 nəfərin bədən üzvləri kəsilib.

Bundan başqa, 113 nəfərin görmə qabiliyyəti ciddi zədələnib, 181 nəfər isə yanıq xəsarətləri alıb. Hazırda yaralılardan 31 nəfəri hələ də xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, bu il də daxil olmaqla hər il İranda pirotexniki vasitələrin partladılması nəticəsində yüzlərlə insan ölür və ya ciddi yaralanır.

BAKU.WS
VİDEO