İranda çərşənbə mərasimləri bədbəxt hadisələrlə yadda qaldı - SİYAHI

15
mar
2022
22:38
İranda bu il keçirilən çərşənbə mərasimlərində baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, yüzlərlə adam yaralanıb.
“Azad İran” Telegram kanalı xəbər verir ki, yaralılardan 44 nəfərin bədən üzvləri kəsilib.
Bundan başqa, 113 nəfərin görmə qabiliyyəti ciddi zədələnib, 181 nəfər isə yanıq xəsarətləri alıb. Hazırda yaralılardan 31 nəfəri hələ də xəstəxanalarda müalicə alır.
Qeyd edək ki, bu il də daxil olmaqla hər il İranda pirotexniki vasitələrin partladılması nəticəsində yüzlərlə insan ölür və ya ciddi yaralanır.
Oxşar xəbərlər
Polis genişmiqyaslı əməliyyat keçirib, saxlanılanlar var - VİDEO
Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyas...
