SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xalq artisti Habil Əliyev dünyasını dəyişib.

Bu barədə BAKU.WS-ə Xalq artistinin qohumları məlumat verib. 

Xalq artistinin vəziyyəti avqustun 15-dən pisləşmişdi. Bir neçə gün əvvəl isə Habil Əliyev komaya düşmüşdü. Allah rəhmət eləsin!
 
Qeyd edək ki, Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
 
1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.  

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

BAKU.WS