SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə qiyamçılar İstanbulda Atatürk Hava Limanını bombalayıblar.

BAKU.WS-in məlumatına görə, bu barədə hazırda İstanbulda olan "Yeni Musavat" qəzetinin baş redaktoru Azər Ayxan Facebook səhifəsində yazıb. 

"Hazırda İstanbuldayam. Atatürk Hava Limanının 2-3 kilometrliyindəki oteldə qalırıq. Bir müddət öncə aeroportu qiyamçılar havadan bombaladılar - iki raket atdılar. Evakuasiya olunduq, hazırda otaqlarımıza qayıtmışıq. Otel müştərilərinin arasında ciddi panik yaşanır, qadınlar, cocuqlar təlaş içindədilər. Bayaq savaş uçaqları yenə hava limanının üstündən uçuş etdilər. Bilmirik o uçaqlar qiyamçılrındı, yoxsa dövlətin. Bax belə. Allah axırımızı xeyir etsin", - Ayxan əlavə edib
 
BAKU.WS