SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün İstanbulda Atatürk hava limanında baş verən terror zamanı azərbaycanlı aktrisa Gülşən Hüseynli də hadisə yerində olub. 

BAKU.WS məlumat verir ki, axşam.az-a açıqlamasında aktrisa hələ də hadisənin şokundan ayıla bilmədiyini deyib:

"Bakıya gəlməyə hazırlaşırdıq. Hələ də inana bilmirəm ki, sağ qala bilmişik. Bu, möcüzə sayəsində baş verdi".

Hələ də hava limanında olan G.Hüseynli bu gün Bakıya qayıdacaqlarını bildirib. Onun sözlərinə görə, təxminən 30-40 azərbaycanlı hazırda Bakıya dönmək üçün Atatürk hava limanında gözləyir.

Qeyd edək ki, dünən gecə saatlarında İstanbuldakı Atatürk hava limanının beynəlxalq terminalında terror aktı törədilib. Rəsmi açıqlamalara görə, partlayışlar nəticəsində 36 nəfər dünyasını dəyişib, 147 nəfər isə yaralanıb.
 
BAKU.WS