SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində gecə saatlarında fəaliyyət göstərən bir qrup maşın oğrusu peyda olub.

Bu barədə vətəndaşlar BAKU.WS-ə şikayət ediblər. Vətəndaşların sözlərinə görə. əsasən Nizami rayonu ərazisində fəaliyyət göstərən həmin şəxslər gecə saatlarında vətəndaşların avtomobillərinə hücum çəkirlər. Onlar maşınlaırn şüşələrini sındırır və içəridəki qiymətli əşyaları, pulu və sənədləri oğurlayırlar.

Maşın oğruları əsasən "Qara Qarayev”, "Koroğlu”, "Əhmədli”, "Xalqlar Dostluğu” və digər ərazilərdə olurlar. Saat gecə 4-5 arasında iş başında olan oğrular bir neçə dəfə müşahidə kameralarına da düşüblər.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov BAKU.WS-ə açıqlamasında bu hadisə barədə ciddi araşdırmalar aparılacağını bildirib. Onun sözlərinə görə, tezliklə cinayətkarlar yaxalanacaq və qanun qarşısında cavab verəcəklər.

Ziya Səccad
BAKU.WS