VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən gecə saatlarında Türkiyənin tanınmış media qurumu olan "Hürriyyət"in binasına hücum olub.


BAKU.WS
-in məlumatınaq görə, dünən Türkiyə prezidenti Recep Tayyip Erdoğanın çıxışından sonra qəzəblənən bir qrup gənc qəzetin Bağçılardakı baş qərargahına toplaşıblar.

Qəzəbli gənclər binanın pəncərələrini daşlayıblar. Mühafizəçilər binaya girməyə cəhd edən kütlənin qarşısını alıb. Nəticədə mühafizəçilərlə vətəndaşlar arasında dava olub. Etirazçılar prezident leyhinə şüarlar işlədiblər.

Hadisə yerinə polis çağırılıb. Bir müddət sonra etirazçılar dağıdılıb.

Ziya Səccad
BAKU.WS