SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Afət Fərmanqızının əri Mamed Nanacanovun həbsi ilə bağlı yeni təfərrüat məlum olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tərəflər arasında sonuncu insident Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən çay evində baş verib. Orada M.Nanacanov Sumqayıt şəhər sakini Vaqif İsayevi külqabı ilə vuraraq ona xəsarət yetirib.

Bundan başqa məlum olub ki, Nanacanovun İsayevi hədələməsi ilə bağlı konkret təkzibedilməz sübutlar var.

Belə ki, Nanacanov İsayevə müxtəlif vaxtlarda SMS mesajlar yazaraq 200 min dolları verməyəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyini, habelə başlarına rüsvayçı hadisələr gətirəcəyini bildirib, zərərçəkən şəxsi ağır söyüşlərlə təhqir edib.

***11:52

Afət Fərmanqızının həyat yoldaşı iki maddə üzrə təqsirli bilinir.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, Mamed Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq  silahdan istifadə edilməklə törədildikdə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.

O, yanvarın 31-i səhər saatlarında Xəzər rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə M.Nanacanov barəsində həbs qətimkan tədbiri seçilib.

***11:02

Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanovun saxlanılma səbəbi məlum olub.

BAKU.WS “ölkə.az”a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş adamı M.Nanacanov haqqında həbs qətimkan tədbiri seçilib.

Fakt araşdırılır.

***10:42

Müğənni Afət Fərmanqızının bir neçə həftə əvvəl ailə qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb.

O, bu barədə özünün sosial media hesabında məlumat yayıb.

Müğənni qeyd edib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:

“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib.

Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, yeddi ildir, deyir ki, pulu qaytaracaq, amma qaytarmır.

Həyat yoldaşım da əsəblərinə hakim olmayaraq onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib ki, etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır?”

Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.

BAKU.WS
VİDEO