İranın İsrailə raket hücumu: 15 nəfər ölüb, 385 şəxs yaralanıb

İranın İsrailə raket hücumu: 15 nəfər ölüb, 385 şəxs yaralanıb
Foto Video
Dünya 326

İsrail xəstəxanaları dünən gecə İranın yeni zərbələri dalğasında yaralanan 385 nəfəri qəbul edib.

Bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə 24 saat ərzində 12 nəfər ölüb, ümumilikdə isə İranın zərbələrinin başladığı 13 iyun axşamdan indiyə qədər İsraildə artıq 15 nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.

***09:27

İyunun 15-də səhər saatlarında İran İsrailin müxtəlif bölgələrinə, xüsusilə də Təl-Əviv və ətraf ərazilərə raket hücumu həyata keçirib.

BAKU.WS xəbər verir ki, hücum nəticəsində azı 4 nəfər həlak olub, 137 nəfər yaralanıb, təxminən 35 nəfər isə itkin düşmüş hesab olunur. 

Raketlər əsasən Bat Yam, Quş Dan, Şfela vadisi və İsrailin mərkəzi bölgələrinə tuş gəlib. Zərbələr nəticəsində bir neçə yaşayış binası ciddi ziyan görüb, bəzi binaların uçmaq təhlükəsi yaranıb. Xilasetmə xidmətləri dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olunub.

İsrailin milli təcili yardım xidməti "Maqen David Adom"un məlumatına görə, yaralananlardan bəş nəfərin vəziyyəti ağır, 20-yə yaxınının isə orta-ağırdır. Xəsarət alanların çoxu qəlpə yaraları və psixoloji şok ilə xəstəxanalara yerləşdirilib.

Son xəbərlər