"Eşref Rüya" serialında SÜRPRİZ
"Eşref Rüya" serialının çəkiliş meydançası Atalar Günündə duyğulu anlara səhnə olub.
BAKU.WS xəbər verir ki, sezon finalına hazırlanan serialın çəkilişləri davam edərkən, uşaq aktyorlar əllərində tortla setə gəliblər.
Serialda yetim Öməri canlandıran Seyhan Kuzey Kıskacıoğlu və Nisanın uşaqlığını oynayan Asmin Hazan Çiftçi Atalar Günü münasibətilə xüsusi tort sifariş ediblər. "Eşref Rüya komandası Atalar Gününüz mübarək" sözləri yazılmış tortu aktyorlar özləri kəsib və serialdakı ata rollarına təqdim ediblər.
Bu jest serial heyətini duyğulandırıb. Uşaqlar çəkiliş qrupuyla xatirə şəkilləri də çəkdiriblər. Seyhan Kuzey Kıskacıoğlu, performansıyla sosial mediada böyük maraq görür və yaşına baxmayaraq aktyorluğu ilə tərif toplayır.
Tims&B imzalı "Eşref Rüya"nın sürprizlərlə dolu sezon finalı 18 iyun Çərşənbə günü "Kanal D"də yayımlanacaq.
Oxşar xəbərlər
Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz?"
Ötən gün məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivitin toyu olub. Lakin aktyor işləri səbəbindən but toya qatıla bilməyib və bacısını bu xoş gün münasib...