14 yaşlı qızın toyunun qarşısı alındı - Valideyni həbs edildi
Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib
Oxşar xəbərlər
Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birl...