14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın həbs müddəti uzadılıb.
BAKU.WS Unikal.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Qərara əsasən, Günay Novruzovanın həbsi 3 ay 14 gün müddətinə uzadılıb.
Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb.
Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib.
Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.
Günay Novruzovaya qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.5-ci (əzab vermə, işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sər...