SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərində, birmərtəbəli kafenin ərazisində ümumi sahəsi 12 m² olan texniki otağın yanar konstruksiyaları, içərisində 2 ədəd kombi aparatı və 1 ədəd generator yanıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata (FHN) görə, bitişik kafe yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***10:37

Sumqayıtda çay evində yanğın baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə saat 8:30 radələrində 14 mərtəbəli binanın qarşısında qeydə alınıb.

Əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın qısa müddətdə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

BAKU.WS
VİDEO