Ucarda qəza; xəsarət alanlar var - FOTO

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində baş verib.
Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elman Tahir oğlu Heybətov idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisə zamanı heyvan tələf olub. Sürücü E. Heybətov və sərnişini, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü İzzət Telman oğlu İbrahimov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Qoyun otararkən kəndlisi ilə rastlaşdı, kolluğa apardı və ... - Azərbaycanda ŞOK OLAY
Astara rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Tahir Sovqatzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU....
