Bakıda qəribə oğurluq: Apardığı pulu “qələt eləmişəm” məktubu ilə geri qaytardı

14
yan
2022
16:35
Bakıda qəribə oğurluq hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mağazaların birində qeydə alınıb.
Mağazaya gəlmiş naməlum şəxs piştaxtanın üzərindəki 200 manat pulu götürərək qaçıb.
Sonradan mağaza sahibi S.Musazadə mağazanın içərisində “qələt eləmişəm” sözləri yazılmış kağız və 200 manat olan paket tapıb. Hazırda naməlum şəxsin axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Arvadının xəyanətini bilən kişidən dəhşətli əməl
Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq qısqanclıq zəminində həyat yoldaşı Jaləyə işgəncə verib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, o, yaşad...
