Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.
Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Qüliyeva və X.Məmmədov saxlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda evlərdən 2 milyon manata yaxın oğurluq edildi - FOTO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (D...