Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb
Hadisə 487

Dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

BAKU.WS-in məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulmuş quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Oxşar xəbərlər

Bakıda fəhlə yıxılaraq ölüb

Bakıda fəhlə yıxılaraq ölüb

Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokur...

143 Hadisə 10:24 27 oktyabr 2021

Son xəbərlər