Azərbaycanın Xalq artisti İlham Əsgərov qəfil dünyasını dəyişib.


BAKU.WS
-in məlumatına görə, tanınmış aktyorun beyninə qan sızıb.

Xatırladaq ki, İlham Əsgərov 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.


İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə[3] və 6 may 2015-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdü.


Allah rəhmət eləsin!

Ziya Səccad
BAKU.WS