Qəzaya uğramış helikopterin görüntüləri - VİDEO

30
noy
2021
17:54
Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, ərazidə istintaq tədbirləri də davam etdirilir.
Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.
Oxşar xəbərlər
Helikopterin qəzaya uğraması nəticəsində həlak olanların görüntüləri - FOTO - SİYAHI
Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğramışdır. Qəza nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər xəsarə...