Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

27
noy
2021
13:01
Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən "Şahzadə" şadlıq sarayında qeydə alınıb.
Orada işləyən Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edən zaman onları aralamaq istəyən Asəf Fərzəliyevə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, C.Quliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycanda şok hadisə - Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...
Quba rayonunda cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Məhəmməd Məmmədov və 1995-ci il təvəllüdlü Əli Babayevin (cinayət işində adı keçən şəxs...
