Bu il Azərbaycanda narkotiklərə görə nə qədər əcnəbi tutulub? - RƏSMİ

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayında cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından BAKU.WS-ə bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistandandır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.
Oxşar xəbərlər
Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb - SİYAHI
Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb. BA...
